DÇ-2022: Xorvatlar 1/2-ə yüksəlib, Brazilya yarışı tərk edib
Tarix: 09-12-2022 21:46 | Bölmə: İdman
DÇ-2022: Xorvatlar 1/2-ə yüksəlib, Brazilya yarışı tərk edib

Bu gün dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə Braziliya yığmaları üz-üzə gəliblər.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan oyunda ilk hissədə hesab açılmayıb - 0:0.

İkinci hissədə də hesab dəyişmədiyindən hakim oyuna 30 dəqiqəlik əlavə vaxtı təyin edib.

105-ci dəqiqədə isə brazilyalı Neymar hesabı açıb - 1:0.

116-cı dəqiqədə xorvatlar hesaba tarazlıq gətirib - 1:1

Penaltilıər seriyasında xorvatlar daha üstün oynayıb və qalib gəlib - 4-2

Beləliklə, xorvatlar 1/2-ə yüksəlib, Brazilya isə yarışla vidalaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}