DÇ-2022: Argentina penaltilərlə qalib gəlib
Tarix: 10-12-2022 01:55 | Bölmə: İdman
DÇ-2022: Argentina penaltilərlə qalib gəlib

Dünya çempionatının 1/4 final mərhələsindı Argentina ilə Niderland yığmaları bu gün qarşılaşıb.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunun 35-ci dəqiqəsində Messsinin ötürməsiylə Nahuel Molina Argentinanı önə çıxarıb - 1:0.

İlk hissə bu hesabla başa çatıb.

72-ci dəqiqədə Messi penaltidən hesabı artırıb - 2:0.

82-ci dəqiqədə hollandlar fərqi azaldıb - 2:1

90+10-cu dəqiqədə hollandlar bərabərliyi təmin ediblər.

Bununla da oyuna 30 dəqiqəlik əlavə edilib.

Bununla da oyuna 30 dəqiqəlik əlavə edilib. Bu vaxtda da qol vurulmadığından qalib penaltilərlə müəyyənləşib.

Argentina penaltilərdə daha dəqiq olub və 1/2-ə yüksəlib - 4:3

1/2-də Argentinanın rəqibi Xorvatiya olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}