Dünya Kuboku: güləşçimiz bürünc medal qazanıb
Tarix: 12-12-2022 10:47 | Bölmə: İdman
Dünya Kuboku:  güləşçimiz bürünc medal qazanıb

Azərbaycan millisinin sərbəst güləşçisi Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən Dünya Kubokunun bürünc medalını qazanıb.

Reyting.az
xəbər verir ki, dünya yığmasının heyətində yer alan 24 yaşlı idmançı B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlsə də (10:0), iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyiyə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub olub.

Yaponiyaya (9:1) qalib gələn dünya yığması ardından İrana (4:6) məğlub olub və B qrupunda 2-ci yeri tutub. Bürünc medal uğrunda rəqib Gürcüstan olub. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. O, Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib. Bununla yığma üzvü Dünya Kubokunda bürünc medal qazanıb.

Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.

Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}