"Qızıl top"a yeni namizədlər - Siyahı
Tarix: 13-12-2022 10:48 | Bölmə: İdman
"Qızıl top"a yeni namizədlər

Nüfuzlu goal.com saytı öz versiyasına əsasən, "Qızıl top" mükafatının 2023-ci il üçün favoritlərin yenilənmiş siyahısını dərc edib.

Reyting.az
xbər verir ki, Lionel Messi PSJ komanda yoldaşı Kilian Mbappeni geridə qoyaraq siyahıya başçılıq edir.

İlk onluğa "Atletiko"nun futbolçusu Antuan Qrizmann daxil olub. Reytinqin əvvəlki siyahısında onun adı yox idi.

"TOP-10"luq aşağıdakı kimidir:

1. Lionel Messi (PSJ)

2. Kilian Mbappe (PSJ)

3. Erlinq Haaland ("Mançester Siti")

4. Neymar (PSJ)

5. Robert Levandovski ("Barselona")

6. Vinisius Junior ("Real")

7. Kevin de Brüyne ("Mançester Siti")

8. Məhəmməd Salah ("Liverpul")

9. Xviça Kvaratsxeliya ("Napoli")

10. Antuan Qrizmann ("Atletiko").

Qeyd edək ki, “Qızıl top”un hazırkı sahibi “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema 20-ci pillədə qalıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}