20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İdmançılarımız Maltada 3 medal qazanıb
Tarix: 13-12-2022 15:00 | Bölmə: İdman
İdmançılarımız Maltada 3 medal qazanıb

Azərbaycan badmintonçuları Maltanın Kospikua şəhərində keçirilən “Future” seriyalı “Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, millinin lideri, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medala layiq görülüb.

Mübarizəyə 1/16 finaldan başlayan badmintonçumuza finala gedən yolda Sloveniya, İtaliya, Litva və Hindistanı təmsil edən rəqiblərinə qalib gəlmək üçün 2 set kifayət edib. Edinin bolqarıstanlı Dimitar Yanakievlə həlledici görüşü 3 set davam edib. Badmintonçumuz ilk setdə 21:19 hesablı üstünlük əldə etsə də, rəqib ikinci hissədə 21:17 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Son setdə 21:14 hesabı ilə qalib gələn Edi Reski Dviçayo “Malta International 2022” turnirini qalib kimi başa vurub.

Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub. Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20:22,15:22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrə yarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8:21, 11:21) hesabı ilə uduzaraq, turniri 3-cü sırada başa vurub.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər