Mərakeşin baş məşqçisi: "Finala çıxmaq istəyirik"
Tarix: 13-12-2022 18:22 | Bölmə: İdman
Mərakeşin baş məşqçisi: "Finala çıxmaq istəyirik"

"Biz finala çıxmaq və qalib gəlmək istəyirik. Bu məqsəd üçün hər şeyə hazırıq".

Bu fikirləri Mərakeş millisinin baş məşqçisi Valid Reqragi Qətərdə keçirilən dünya çempionatında Fransaya qarşı keçirəcəkləri yarımfinal oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis sabah inanılmaz enerji ilə oynayacaqlarını bildirib: "Yarımfinala vəsiqə qazanmaqla kifayətlənmək fikrində deyilik. Bu, bəlkə də dünya çempionu olmaq üçün yeganə şansdır. Biz yorulmamışıq. Sabah çox qaçacağıq".

Reqragi həlledici qarşılaşmaya vəsiqə qazanmaq istədiklərini söyləyib: "Ümid edirəm ki, Fransa yığması bizə hörmət etməyəcək. Belə olmasa, işimiz çətinləşəcək".

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək Fransa - Mərakeş qarşılaşması Bakı vaxtı ilə saatı 23:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}