Messi növbəti mundialda oynamayacaq
Tarix: 14-12-2022 12:36 | Bölmə: İdman
Messi növbəti mundialda oynamayacaq

DÇ-2022 Argentina millisinin kapitanı Lionel Messi üçün sonuncu mundial olacaq.

Reyting.az
xəbər verir ki, 35 yaşlı hücumçu bunu "Ole"yə açıqlamasında özü deyib.

“Buna nail ola bildiyim üçün çox şadam. Finalda son oyunumu keçirməklə dünya çempionatlarında çıxışlarımı tamamlayacağam”, - deyə Messi bildirib.

Xatırladaq ki, Argentina DÇ-2022-nin finalında bu gün keçiriləcək Fransa - Mərakeş oyununun qalibi ilə qarşılaşacaq. Messi həmin oyuna çıxmaqla dünya rekordunu qıra bilər. Hazırda mundiallarda ən çox oyun keçirən futbolçular Messi və Almaniya millisinin sabiq üzvü Lotar Matteusdur. Hər iki oyunçunun aktivində 25 matç var.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}