DÇ-2026-nın formatı dəyişir
Tarix: 16-12-2022 18:05 | Bölmə: İdman
DÇ-2026-nın formatı dəyişir

2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının formatı dəyişdirilə bilər.


Bunu FIFA prezidenti Canni İnfantino mətbuat konfransında bildirib.

52 yaşlı funksionerin sözlərinə görə, 48 komandanın qatılacağı DÇ-2026-nın formatı ilə bağlı iki ehtimal nəzərdən keçirilir.

O deyib ki, ali futbol qurumunun ilk variantı üç komandadan ibarət 16 qrupun təşkilidir: “Hər birində üç komandadan ibarət 16 qrupa bölünmə planı təsdiqlənib. Lakin buna yenidən baxıla bilər. Dörd komandadan ibarət 12 qrupun ən yaxşı seçim olacağına dair fikirlər də var”.

Qeyd edək ki, növbəti mundialın 2026-cı ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}