"Qarabağ"ın futbolçuları maraqlı aksiyaya qoşulacaq
Tarix: 16-12-2022 23:34 | Bölmə: İdman
"Qarabağ"ın futbolçuları maraqlı aksiyaya qoşulacaq

Dekabrın 17-də saat 17:00-dan 20:30-dək "Qarabağ"ın futbolçuları Qara Qarayev və Kadi Borges klubun "Park Bulvar" alış-veriş mərkəzindəki fan şopunda qonaq olacaqlar.

Klubdan bildiriblər ki, həmin gün imzalı formaları futbolçulardan almaq mümkün olacaq. Həmçinin bütün məhsullara 40 faiz endirim tətbiq ediləcək. K. Borges və Q. Qarayevin iştirak etdiyi saatlarda isə alıcıların əlavə olaraq 22 faiz endirimdən yararlana biləcəklər.

Məlumata görə, azı 50 AZN dəyərində mal almış hər bir şəxsə “Qarabağ”ın qızıl dubl etdiyi mövsüm üçün xüsusi hazırlanmış maykaları hədiyyə ediləcək.

100 AZN dəyərinə mal almış şəxslərə isə “Park Bulvar AVM”də yerləşən “Sport Cafe”dən boulinq oyununa 2 nəfərlik hədiyyə kuponu veriləcək.

Məbləğdən asılı olmayaraq, alış-veriş edən hər kəsin 16 yaşa qədər olan övladlarına isə "Tusi-Bohm Planetarium"na bilet hədiyyə veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}