Messinin qol vurması üçün 2000 şirniyyat paylayıblar - Fotolar
Tarix: 17-12-2022 16:16 | Bölmə: İdman
Messinin qol vurması üçün 2000 şirniyyat paylayıblar

Sabah Qətərin paytaxtında keçiriləcək futbol üzrə dünya çempionatının final oyununda Fransa və Aregtina yığması üz-üzə gələcək.

Reyting.az
xəbər verir ki, Bursa şəhərində bir biznesmen dünya çempionatının final matçında argentinalı Lionel Messinin Fransaya qol vurması üçün 2000 şirniyyat paylayıb.

Şirniyyat paylanarkən “Lionel Messinin xeyrinə” yazılan kağız diqqət çəkib.

Yoldan keçən insanlar təklif olunan şirniyyatdan yeyiblər.

Hikmət İşık Argentinanın kuboku qazanmasını istədiklərini ifadə edərək deyib: “Messiyə heyranlıq var, amma həqiqət budur ki, biz Messi vasitəsilə Maradonaya istinad edib, onun ruhuna göndərmişik. Argentinanın kuboku qazanmasını istəyirik. Ümidimiz Messidir. Ona görə də bu loxmanı payladıq”.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}