20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanlı idmançı qırğızıstanlı boksçuya qalib gəlib
Tarix: 19-12-2022 14:55 | Bölmə: İdman
Azərbaycanlı idmançı qırğızıstanlı boksçuya qalib gəlib

Azərbaycan boksçuları Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirə uğurlu start veriblər.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, yarışın ikinci günündə mübarizəyə qoşulan milli üzvlərindən üçü yarımfinala yüksəlib.

51 kq çəki dərəcəsində rinqə çıxan Nicat Hüseynov 1/4 finalda qırğızıstanlı Bael Urustanbayla üz-üzə gəlib. Avropa çempionu inamlı qələbə sayəsində yarımfinalda iştirak hüququ qazanıb. Artıq özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov finala gedən yolda kubalı Reyes Romero ilə döyüşəcək.

71 kqda isə 2 boksçu mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı Sərxan Əliyev 1/4 finalda qazaxıstanlı Toperbergen Jertpisbayı məğlub edib. Rəşid Həsənov isə digər ev sahibi Alipaşa Nasirovdan güclü olub. Onlar növbəti görüşdə bir-birinə rəqib olacaqlar.

Onlardan fərqli, 1/4 finalda Ruslan Qədirov (54 kq) və Əzrək Bəbirov (57 kq) isə müvafiq olaraq, Qazaxıstan təmsilçiləri Jandaulet Sarsenbayev və Rüstəm Şaumenova uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, yarışa Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək boksçu qatılıb. Turnir dekabrın 21-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər