Kubok: "Qəbələ" "Qarabağ"a qalib gəlib
Tarix: 19-12-2022 18:09 | Bölmə: İdman
Kubok: "Qəbələ" "Qarabağ"a qalib gəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Reyting.az
xəbər verir ki, günün ilk matçında "Qəbələ" turnirin son qalibi "Qarabağ"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 71-ci dəqiqədə Ramon Maçado vurub. İlk görüş 2:2 hesabı ilə başa çatdığı üçün "Qəbələ" yarımfinala yüksəlib.

"Qırmızı-qaralar" bu raundda "Sabah" - "Səbail" cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}