Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi bəlli olub
Tarix: 19-12-2022 21:04 | Bölmə: İdman
Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi bəlli olub

Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.

Reyting.az
xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Səbail" adını növbəti raunda yazdırıb.

Beləliklə, Mahmud Qurbanovun baş məşqçi olduğu kollektiv yarımfinalda "Qəbələ"ilə oynayacaq.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}