“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək
Tarix: 22-12-2022 09:58 | Bölmə: İdman
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla anlaşan Rumıniyanın “Universitatya Krayova” klubunun prezidenti Mihai Rotaru istefa verəcək.

Reyting.az
-ın xəbərinə görə, bunu rumıniyalı funksioner özü açıqlamasında bildirib.

O, mövsümün sonunda prezidentlik postunu tərk edəcəyini söyləyib. Buna baxmayaraq, Rotaru şirkətinin “Universitatya Krayova” ilə 2032-ci ilə qədər imzalanan sponsorluq müqaviləsinin davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Rumıniya mətbuatında Laurentsiu Regekampfın qış fasiləsində “Neftçi”dən ayrılaraq “Universitatya Krayova”nın sükanı arxasına keçəcəyi yazılıb. Rotarunun 47 yaşlı mütəxəssisi 6 aylıq müqaviləyə razı saldığı, mövsümün sonunda sözləşmənin müddətinin uzadılacağı bildirilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}