AFFA-nın əməkdaşları təltif olunub - Siyahı
Tarix: 22-12-2022 10:20 | Bölmə: İdman
AFFA-nın əməkdaşları təltif olunub

Gənclər və İdman Nazirliyi AFFA-nın bir neçə əməkdaşına fəxri ad verib.

Reyting.az
-ın məlumatına görə, bu qərar qurumun növbəti Kollegiya iclasında qəbul edilib.

Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda fəxri adların verilməsi məsələsinə baxılıb. Qəbul olunmuş qərara əsasən bədən tərbiyəsi və idmanın təbliğində və inkişafındakı xidmətlərinə görə AFFA-nın əməkdaşlarına “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adı verilib:

Abbasov İslam Ziyafət oğlu – Azərbaycan A milli komandasının baş inzibatçısı

Qarayev Firuz Abdulla oğlu – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri

Mehdiyeva Könül Ağaəli qızı – Beynəlxalq Əlaqələr Departamentinin müdiri

Məmmədov Elçin Bəxtiyar oğlu – Lisenziyalaşdırma Qrupunun rəhbəri

Əhmədova Töhrə Adil qızı – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi

Dadaşov Bəhram Ağaİsa oğlu – Lisenziyalaşdırma Qrupunun maliyyə meyarları üzrə baş eksperti

Məmmədov Murad Mamedoviç – Beynəlxalq Əlaqələr Departamentinin baş mütəxəssisi

Mustafayeva Kifayət Nadir qızı – Kütləvi Futbol Şöbəsinin futbolda sosial məsuliyyət meneceri.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}