Milli komandanın baş məşqçisi istefaya göndərilib
Tarix: 22-12-2022 22:46 | Bölmə: İdman
Milli komandanın baş məşqçisi istefaya göndərilib

Polşa millisinin kapitanı Robert Levandovski yığmanın çalışdırıcısı Çeslav Mixneviçin istefaya göndərilməsinə təsir edib.

Reyting.az
xəbər verir ki, bu barədə "Radio ZET" bildirib.

Məlumata görə, hələ DÇ-2022 bitməmiş Levandovski Polşa Futbol İttifaqının prezidenti Çezariy Kuleşaya zəng edib və oyunçuların mövqeyini bildirib. Qeyd edib ki, komanda üzvləri Mixneviçlə davam etməyin əleyhinədir.

Hətta bir çox aparıcı futbolçu polşalı mütəxəssisin komandadan ayrılmayacağı halda millidəki karyerasını başa vuracağı ilə federasiyanı hədələyib.

Qeyd edək ki, Mixneviç bu ilin yanvar ayından Polşa millisini çalışdırırdı. O, 2022-ci il dekabrın 31-də vəzifəsini rəsmən tərk edəcək. Polşa millisi DÇ-2022-nin 1/8 finalda Fransaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}