“Sumqayıt” klubu daha bir futbolçu ilə anlaşıb
Tarix: 23-12-2022 17:21 | Bölmə: İdman
“Sumqayıt” klubu daha bir futbolçu ilə anlaşıb

“Sumqayıt” klubu daha bir futbolçu ilə anlaşıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, komanda son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Terrens Tisdel kariyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb.

2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qolla yadda qalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}