"Barselona"nın Levandovski ilə bağlı şikayəti rədd edilib
Tarix: 24-12-2022 10:35 | Bölmə: İdman
"Barselona"nın Levandovski ilə bağlı şikayəti rədd edilib

"Barselona"nın hücumçusu Robert Levandovskinin cəzası ilə bağlı apellyasiya şikayəti rədd edilib.

Reyting.az
xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Məlumata görə, İdman İnzibati Məhkəməsi (TAD) polşalı hücumçu ilə bağlı 3 oyunluq cəzanı qüvvədə saxlayıb.

Onlar Levandovskini "Osasuna" ilə oyunda (2:1) davranışına görə La Liqada üç oyunluq diskvalifikasiya etmək qərarına gəliblər.

Qeyd edək ki, sözügedən görüşdə ilk hissədə meydandan qovulan hücumçu daha sonra tribuna otağına gedərək hakimə təhqiramiz jest göstərmişdi.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}