Böyük Qayıdış futbol çempionatında final oyunu keçirilib - Fotolar
Tarix: 25-12-2022 13:24 | Bölmə: İdman
Böyük Qayıdış futbol çempionatında final oyunu keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə Böyük Qayıdış futbol çempionatının final oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, 37 komandanın mübarizəsində finala yüksəlmiş Qayıdış 6 nömrəli məktəbin komandası ilə UGİŞM futbol komandası qarşılaşıb. Gərgin keçən final oyununda UGİŞM-nin futbol komandası qalib olub.

Final mərhələsində layihə rəhbəri Mirdamət Quliyev, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar İmanov, Asəf Qasımov çıxış edərək futbolçulara ürək sözlərini deyiblər.

Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri də hədiyyə edilib.










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}