Hücumçunun transferi üçün PSV ilə razılıq əldə olunub
Tarix: 27-12-2022 09:44 | Bölmə: İdman
Hücumçunun transferi üçün PSV ilə razılıq əldə olunub

“Liverpul” 23 yaşlı hücumçu Kodi Qakponun transferi üçün PSV ilə razılaşıb.

Reyting.az
xəbər verir ki, bu barədə Eyndhoven klubu məlumat yayıb. PSV tərəflərin razılığa gəldiyini açıqlayıb:

"Kodi Qakpo tezliklə İngiltərəyə gedəcək və orada transfer başa çatana qədər lazımi rəsmiləşdirmələrdən keçəcək".

“The Athletic”in məlumatına görə isə, satınalma bonusları nəzərə alınmasa, bu keçid “Liverpul”a təxminən 37 milyon sterlinqə başa gələcək.

Qeyd edək ki, Qakpo PSV-nin yetirməsidir və 2018-ci ildən əsas komandadadır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}