16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Qarabağ”ın rəqibi müəyyənləşib - Qarşılaşma
Tarix: 06-08-2018 14:58 | Bölmə: İdman / Xəbərlər
“Qarabağ”ın rəqibi müəyyənləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Reyting.az
saytı Report-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar Yolu

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi - "Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)

"Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

Liqa Yolu

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi - "Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər