Fransalı hücumçuya görə 6 milyon avro ödəyiblər
Tarix: 25-01-2023 09:14 | Bölmə: İdman
Fransalı hücumçuya görə 6 milyon avro ödəyiblər

“Maynts” komandasının heyətinə yeni futbolçu daxil olub. Reyting.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Strasburq” klubundan hücumçu Lüdovik Ajorku transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər davam edəcək müqavilə imzalanıb. Almanlar bu transfer üçün “Strasburq”a 6 milyon avro ödəyiblər.

Ajork 2018-ci ildən formasını geyindiyi “Strasburq”da 151 oyuna 51 qol vurub.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}