Rusiya 96 PUA və 3 raketlə zərbə endirib
Tarix: 21-04-2025 11:46 | Bölmə: Dünya
Rusiya 96 PUA və 3 raketlə zərbə endirib

“Pasxa atəşkəsi”-ndən sonra Rusiya Ukraynaya yüzə yaxın pilotsuz təyyarə göndərib və üç raket atıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, ruslar Krımdan “Oniks” gəmi əleyhinə qanadlı raketlə Xerson rayonuna, Qara dəniz üzərindəki hava məkanından isə Nikolayev rayonuna iki ədəd "X-31P" antiradar raketi ilə zərbələr endirib.

Ruslar həmçinin 96 zərbə PUA-sı ilə Ukraynaya hücum ediblər.

"Düşmənin hava hücumu aviasiya, zenit-raket bölmələri, elektron döyüş sistemləri və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib", - deyə Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında bildirilir.

Saat 09:00-a olan məlumata görə, ölkənin şərqində, şimalında, cənubunda və mərkəzində 42 "Şahed" tipli hücum PUA-nın vurulması təsdiqlənib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib