Ukrayna yenidən hücuma məruz qalıb
Tarix: 21-04-2025 10:30 | Bölmə: Xəbərlər
Ukrayna yenidən hücuma məruz qalıb

Aprelin 21-nə keçən gecə, Pasxa atəşkəsi başa çatdıqdan dərhal sonra Rusiya Ukraynaya kamikadze pilotsuz təyyarələr və raketlərlə hücum edib.

Reyting.az
Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla bildirir ki, Çerniqov, Sumı, Xarkov, Zaporojya və Dnepropetrovsk vilayətlərində həyəcan təbili çalınıb.

Ukrayna ordusu, həmçinin Rusiya təyyarələrinin sürüşmə bombaları atması, Sumı və Xarkov vilayətlərində hədəflərə raket zərbələri endirilməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Nikolayev də raket atəşinə tutulub. Şəhər meri Aleksandr Senkeviçin sözlərinə görə, heç kim xəsarət almayıb və dağıntı qeydə alınmayıb.

Çerkassı, Xerson və Odessa vilayətində də partlayışlar baş verib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 19-u Moskva vaxtı ilə saat 18:00-dan aprelin 21-i gecə yarısına qədər Pasxa bayramı ilə əlaqədar birtərəfli qaydada atəşkəs elan etmiş və Ukrayna prezidenti Vladimir Zelenski isə atəşkəsi dəstəkləmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər