Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-04-2016 13:21 | Bölmə: İqtisadiyyat

Neftin dünya bazar qiyməti yenidən yüksəlməyə başlayıb. Artıq Brent markalı neftin hər bareli birjalarda 46 dollara təklif edilir. Doha samitindən sonra 5 faiz dəyər itirən "qara qızıl” növbəti 2 iş günündə mövqelərini bərpa edə bilib.
Tanınmış iqtisadçı Vüqar Bayramov bildirib ki, bu həftənin çərşənbə axşamı neftin qiymətinin yüksəlməsi Küveytdə petrol işçilərinin tətili ilə bağlıdır. Çünki tətil nəticəsində mart ayında gündəlik 2.8 milyon barel nefthasil edən sözügedən ölkənin istehsalı 1.5 milyon barelə qədər azalıb. Eyni zamanda gündəlik istehsal texniki səbəblərdən Veneseulada 200 min barel, boru xəttində baş verən yanğına görə isə Nigeriyada 400 min barel aşağı düşüb.
V. Bayramovun səzlərinə görə, hasilatın azalması OPEK-ə üzv olmayan ölkələrdə də müşahidə edilməkdədir: "Son iki ildə ABŞ, Kanada və Latın Amerikası ölkələrində neft sektoruna sərmayə 40 faiz aşağı düşüb. Bu isə hasilata birbaşa təsir göstərməkdədir. Beynəlxalq Enerji Akademiyasının proqnozlarına əsasən OPEK-ə üzv olmayan ölkələrin gündəlik neft ixracatı 700 min barel aşağı düşəcək. Bu haqda "Reuters” agentliyi məlumat yayıb".
İqtisadçı qiymət artımının uzun müddətli olub-olmayacağına da aydınlıq gətirib:
"Beynəlxalq Enerji Akademiyası, eyni zamanda Çin daxil olmaqla, bir sıra ölkələrdə neftə tələbin azalmasına da diqqəti çəkir. Eyni zamanda, Rusiya neft hasilatını gündəlik 12 milyon barelə çatdıracağını bildirib. İran isə sanksiyalardan öncəki gündəlik 4 milyon bareli hədəfləyir. Buna görə də, hələlik təklifin tələbi ən azı gündəlik 1 milyon barel üstələcəyi gözlənilir. Amma qiymətə ABŞ-da hasilatın birbaşa təsir göstərəcəyi proqnozlaşdırılır. Əgər Birləşmiş Ştatlar hasilatdakı azalmaları optimlaşdırarsa o zaman qiymət artımları müvəqqəti xarakter daşıya bilər.
Eyni zamanda, neftin dünya bazar qiymətinin hər bareli 60 dollaradək yüksələrsə o zaman ABŞ-da şist neftin hasilatı üçün geniş imkanlar yaranır. Bu isə OPEK ölkələrinin, xüsusən də Səduyyə Ərəbistanın maraqlarına uyğun deyil. Bu baxımdan, əksər beynəxalq agentliklər neftin dünya bazar qiymətində kəskin artımlar proqnozlaşdırmırlar. Amma neftin bazarı siyasiləşdiyi üçün istənilən sürpriz gözləniləndir.
Neftin dünya bazar qiymətinin yüksəlməsi "qara qızılın” ixracatında payı hələ də 85 faiz olan Azərbaycana daxil olan valyutanın həcminin artması baxımdan vacibdir. Amma müvəqqəti qiymət artımları islahatlar paketinə heç bir halda təsir göstərməməlidir. Son iki ilin təcrübəsi göstərir ki, istənilən zaman neftin qiyməti öz trayektoriyasını dəyişə bilər".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər