Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 27-04-2016 11:00 | Bölmə: İqtisadiyyat

Milli Məclisin üzvləri dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlayır.
Bu barədə Movqe.az-a millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
V.Əhmədov hələki təklifin nədən ibarət olacağı barədə ictimaiyyətə məlumat verilmədiyini, təqdim edildikdən sonra açıqlanacağını söyləyib: "Hazırda biz dollar kreditlərinin qaytarılması ilə bağlı təkliflər hazırlayırıq. Təkliflər təqdim olunduqda bu barədə mətbuata məlumat veriləcək".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli isə təkliflərin bir hissəsinin aşağıdakılardan ibarət olduğunu söyləyib:
"Biz təklifləri elə hazırlamışıq ki, keçərli olsun. Təkliflərimiz dollar kreditlərinin qaytarılması ilə bağlıdır. Dollar kreditləri sistem məsələsidir. Ona görə də bu məsələyə sistemli yanaşmaq lazımdır. Dollar kreditlərinin qaytarılması ilə bağlı bütün yükü əhalinin üzərinə atmaq, problemi çətinləşdirmək deməkdir. İndiki vəziyyətdə demək olar ki, devalivasiyadan sonra dollar kreditlərinin qaytarılmasında əsas çətinlik xalqın üzərindədir. Xalq da qaytarmaqda çətinlik çəkir. Tutaq ki, 160 manat alan pensiyaçı, aldığı təqaüddən devalivasiyadan əvəl 60 manat dollar krediti ödəməyə sərf edirdisə, devalivasiyadan sonra bu məbləğ 120 manata qalxıb. Pensiyaçı üçün isə yaşayış minimumu 115 manatdır. Faizləri də ödəyəndə yerdə 40 manat qalır. Bu düzgün deyil. Dollar kreditlərinə güzəşt məsələsinə gəldikdə, banklar deyir dövlət zərəri qarşılasın, dövlət qurumları da deyir ki, indiyədək banklar yüksək faizlə kredit verib yüksək gəlir əldə etdiklərindən, özləri güzəştə getsin.
Ona görə də biz təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank üzərinə götürsün. Beləcə, dörd bucaq yaransın. Çünki, dolların məzənnəsinin gələcək aqibəti hələ dumanlıdır.
Biz təklif edirik ki, 1000 dollara qədər kreditlərlə bağlı, təhlil aparılsın. Məsələn, əgər kredit götürən şəxs rəhmətə gedibsə, bu borc zaminin üzərində qalmasın. Ən yaxşı yol o krediti bağlamaqdır.
Bundan əlavə, 5 min dollara qədər olan dollarla kreditlər, 1 manat 5 qəpiklə qaytarılsın. Əvvəl bunun üçün 250 milyon vəsait tələb olunurdusa, hazırda bu məbləğ olsun 280 milyondur. Bu da o qədər böyük məbləğ deyil.
Təklifin ikinci hissəsi isə 5 mindən yuxarı olan dollarla kreditlərlə bağlıdır ki, bunun üçün də müxtəlif təcrübələrdən yararlanaraq güzəştlərin tətbiq edilməsi mümkündür. Biz təklif edirik ki, 5 min dollardan yuxarı olan kreditlər üçün orta məzənnə tətbiq edilsin. Yaxud da o kreditlər hansısa formada manata çevrilsin, yaxud da dollara nisbəti sabit bir məzənnə müəyyənləşdirilsin ki, gələcəkdə əlavə problemlər yaranmasın. 1,2 və ya 1,25 məzənnə ilə hesablansın.
Bu, 5 mindən yuxarı olan dollar kreditləri ilə bağlı təklifimizdir. Ola bilər ki, müddəti uzadılsın. Bizim dollarla bağlı ünvanladığımız təkliflərdən də bura əlavə edəndə, fikrimizcə, ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar".
Ə.Məsimli yaxın vaxtlarda təkliflərin aidiyyatı qurumlara təqdim olunacağını da söyləyib.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər