15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
G7 ölkələri kömürdən imtina edir
Tarix: 30-04-2024 12:54 | Bölmə: İqtisadiyyat
G7 ölkələri kömürdən imtina edir

G7 (Yeddilik Qrupu) ölkələrinin energetika nazirləri 2030-cu illərin birinci yarısına qədər elektrik enerjisi istehsalında kömürdən istifadəni mərhələli şəkildə dayandırmaq barədə prinsipial razılığa gəliblər.

Reyting.az
-ın xəbərinə görə, İtaliyanın energetika naziri Gilberto Piçetto-Fratin deyib ki, aprelin 29-da Turində keçirilən görüşdə bununla bağlı texniki razılaşma əldə edilib.

Yekun saziş çərşənbə axşamı, aprelin 30-da imzalanmalıdır. Sonra iqtisadiyyatın karbonsuzlaşdırılması üçün ətraflı plan dərc olunacaq.

Məlumata görə, G7 ölkələri 2023-cü ildə kömürlə işləyən elektrik stansiyalarını mərhələli şəkildə ləğv etmək barədə razılığa gəlsələr də, bunun ümumi tarix barədə razılıq əldə edə bilməyiblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur