Rusiya neft daşıyan 20-dən çox gəminin adını dəyişdirib
Tarix: 30-04-2024 16:48 | Bölmə: İqtisadiyyat
Rusiya neft daşıyan 20-dən çox gəminin adını dəyişdirib

Rusiyanın dövlət tanker şirkəti ABŞ-nın tətbiq etdiyi sanksiyalardan sonra bəzi gəmilərinin adını ölkə şəhərlərinin adı ilə əvəz edib.

Reyting.az
“Bloomberg”ə istinadla bildirir ki, indiyə qədər “Sovcomflot PJSC”-nin 21 tankeri artıq Qərbin sanksiyaları altına düşüb.

Qərbin sanksiyaları altında olarkən Rusiya öz neftini daşımaq üçün nəinki kölgə gəmiləri yaradıb, həm də neftin daşınması üçün “Sovcomflot”un nəhəng tanker donanmasına çox etibar edib. Şirkət hər biri təxminən 700 min barel neft daşımağa qadir olan “Aframax” tankerləri ilə dünyada nömrə birdir.

Sanksiyalar tətbiq edildikdən sonra tankerlər tez-tez adlarını dəyişir, baxmayaraq ki, onlar hələ də Beynəlxalq Dəniz Təşkilatında qeydə alınmış unikal və dəyişməz nömrələrlə müəyyən edilə bilərlər.

Qeyd edək ki, mart ayında verilmiş məlumata görə, Çin Rusiyadan rekord miqdarda neft idxal edir. Asiya ölkəsi gündə təxminən 1,7 milyon barel Rusiya nefti alır. Pekin və Hindistan tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiya neftinin ardıcıl alıcısı olublar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər