Çin rekord həddə qızıl ehtiyatı toplayıb
Tarix: 30-04-2024 17:30 | Bölmə: İqtisadiyyat
Çin rekord həddə qızıl ehtiyatı toplayıb

Pekin son illərdə rekord səviyyədə qızıl ehtiyatı toplayıb. Artıq Çinin 170 milyard dollarlıq qızıl ehtiyatının olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazıb.

Dünya Qızıl Şurasının məlumatlarına görə, Çin Xalq Bankı (PBOC) ilin ilk üç ayında 27 ton qızıl alıb və ehtiyatlarını rekord səviyyəyə - 2262 ton artırıb.

Hərbi ekspertlər hesab edirlər ki, Çinin ehtiyatları Tayvanla bağlı münaqişə vəziyyətində iqtisadiyyatını Qərbin sanksiyalarından qorumaq cəhdidir.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) direktor müavini Conatan Eyal bu satınalmaları şərh edib: “Onlar bu alışları qarşıdan gələn müharibə, ABŞ-la münaqişə üçün edirlər. Təbii ki, bu vəziyyət birbaşa Tayvanda başlayacaq müharibə ilə bağlıdır”.

Maraqlıdır ki, Çin Xalq Bankı Qərb ölkələrinin Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq xarici mərkəzi banklardakı Rusiya valyuta ehtiyatlarını dondurduqdan və Moskvanın 350 milyard dollar pulunu sildikdən qısa müddət sonra qızıl almağa başlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər