"Bakı Alüminium Profil” zavodu satılıb
Tarix: 01-05-2024 11:02 | Bölmə: İqtisadiyyat
"Bakı Alüminium Profil” zavodu satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin tikinti materialları sənayesi sektorunda daha bir müəssisəsinin - “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib.

Reyting.az
Dövlət Xidmətinə istinadla bildirir ki, müsabiqə qalibi 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

Müqaviləyə uyğun olaraq, investor artıq dövlət büdcəsinə 3 milyon manat köçürmüş, müəssisənin eyni məbləğdə kreditor borclarını ödəmişdir. Müsabiqənin qalibi 2 il ərzində müəssisədə 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində mövcud tikililərin təmiri, avadanlıqların bərpası, yeni quru inşaat qarışıqları zavodunun qurulması, avadanlıq, maşın-mexanizm və texnikanın alınması (ofis avadanlığı və nəqliyyat vasitələri daxil olmaqla), infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.

İnvestisiya Proqramının icrası müəssisədə 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər