İki bankın əmlakı hərraca çıxarılıb
Tarix: 02-05-2024 10:15 | Bölmə: İqtisadiyyat
İki bankın əmlakı hərraca çıxarılıb

Mayın 23-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” və “NBCBank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “AGBank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6 ünvanındakı dəyəri 42 min manat olan 93,90 kv.metrlik mənzildən, eləcə də “NBCBank”a məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, ev 2C ünvanındakı dəyəri 25 min manat olan 153 kv.metrlik fərdi yaşayış evindən gedir.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AGBank” və “NBCBank”ın lisenziyaları ləğv edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər