BRİKS ölkələri dollara alternativ axtarır
Tarix: 03-05-2024 09:11 | Bölmə: İqtisadiyyat
BRİKS ölkələri dollara alternativ axtarır

Dollar çökəcəyi təqdirdə, BRİCS ölkələri ona alternativ təklif edəcəklər.

Reyting.az
-ın xəbərinə görə, Beynəlxalq Valyuta Fondunun Rusiya üzrə icraçı direktoru Aleksey Mojin “RİA Novosti”-yə deyib ki, BRİCS üzvləri vahid milli valyuta yarada bilərlər: Rusiya rublu, Çin yuanı, Braziliya realı, Hindistan rupisi və Cənubi Afrika randı.

“Belə bir təklif müzakirə olunur. Dolların və beynəlxalq valyuta sisteminin çökməsi halında, göstərilən BRİKS uçot vahidini birja malları ilə dəstəklənən real valyutaya çevirmək lazım gələcək”, - Mojin vurğulayıb.

Əvvəllər məlum olub ki, Rusiya və İran iki ölkə arasında işgüzar əlaqələri sadələşdirəcək yeni ödəniş üsullarından istifadə etməyə hazırlaşır. Söhbət mərkəzi bankların rəqəmsal valyutalarından və rəqəmsal maliyyə aktivlərindən gedir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər