Rektor 110 min manata yeni xidməti avtomobil sifariş verib
Tarix: 07-05-2024 09:59 | Bölmə: İqtisadiyyat
Rektor 110 min manata yeni xidməti avtomobil sifariş verib

Azərbaycan Tibb Universiteti (ATU) yeni avtomobil alır.


Reyting.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, ali təhsil müəssisəsi istehsal ili 2024 olan bir ədəd Toyota Avalon limited (2.5 hibrid) markalı avtomobil sifariş edib.

Full komplektasiyaya malik həmin avtomobili universitetə “Toyota Absheron Mərkəzi” təhvil verəcək.

Artıq universitetlə adıçəkilən avtomobil satış mərkəzi arasında müqavilə də bağlanıb. Müqavilənin dəyəri 110 300 manatdır.

Qeyd edək ki, ATU-nun rektoru professor Gəray Gəraybəylidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}