Dövlət Xidməti yeni hərrac keçirəcək
Tarix: 08-05-2024 11:02 | Bölmə: İqtisadiyyat
Dövlət Xidməti yeni hərrac keçirəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti oyun kartını 1 manata hərraca çıxaracaq.

Reyting.az
Dövlət Xidmətinə istinadən xəbər verir ki, Dövlət Xidməti iyunun 7-də növbəti hərrac keçirəcək.

Həmçinin hərraca 1,2 min manata mebel dəsti, 75 manata “HP” və "Toshiba Satellite" noutbukları və 150 manata taxta qayıq satışa çıxarılıb.

Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10 % həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud Xidmətin e-emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}