Tbilisi turistlərdən tibbi sığorta tələb edəcək
Tarix: 09-05-2024 07:59 | Bölmə: İqtisadiyyat
Tbilisi turistlərdən tibbi sığorta tələb edəcək

Gürcüstana daxil olan bütün əcnəbilər üçün yeni qaydalar müəyyənləşir.

Reyting.az
yerli mediaya istinadla xəbər verir ki, iyunun 1-dən Gürcüstan ərazisində turistlər üçün yeni qaydalar qüvvəyə minəcək. Bu tarixdən etibarən ölkəyə ayaq basan bütün turistlərdən qaldığı müddət ərzində tibbi sığorta tələb olunacaq. Yeni qaydanı pozanları 110 ABŞ dolları həcmində cərimə gözləyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər