20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Rusiya sanksiyalardakı boşluqlardan milyardalar qazanır
Tarix: 16-05-2024 20:32 | Bölmə: İqtisadiyyat
Rusiya sanksiyalardakı boşluqlardan milyardalar qazanır

Moskva Türkiyəyə Rusiya yanacağının etiketini dəyişdirməyə imkan verən sanksiyalar boşluğuna görə 3 milyard avro qazana bilər. Çünki sanksiyalardakı boşluq Rusiya yanacağının Türkiyə üzərindən Avropa İttifaqına tədarükünə imkan yaradır.

Reyting.az
xəbər verir ki, bu, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) və Demokratiyanın Öyrənilməsi Mərkəzi (CSD) ekspertlərinin araşdırmalarına, eyni zamanda “Politico” nəşrinin müstəqil hesabatlarına əsaslanır.

CSD-nin baş enerji analitiki Martin Vladimirov deyib ki, Türkiyə Avropa İttifaqına daşınan Rusiyanın yanacaq məhsulları üçün strateji dayanacağa çevrilib.

Araşdırmalara görə, ötən ilin fevral ayından 2024-cü ilin fevralına qədər Türkiyə Rusiyadan alışlarını əvvəlki 12 ay ilə müqayisədə 105 faiz artırıb. Eyni dövrdə Türkiyənin Avropa İttifaqına yanacaq ixracı 107 faiz artıb.

Bununla belə, Türkiyə limanlarının coğrafi yeri, idxal və ixrac məlumatları ilə birlikdə, inandırıcı şəkildə göstərir ki, əhəmiyyətli həcmdə Rusiya yanacağı yenidən etiketlənərək Avropa İttifaqına göndərilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən öncə də Ankara Rusiya neftinin və yanacağının idxalçılarından biri olub. Sanksiyalara görə təzyiqlər isə getdikcə özünü daha çox hiss etdirib. Mart ayında Türkiyənin “Dortiol” neft terminalının ABŞ-nın mövqeyinə görə Rusiya idxalından imtina etdiyi bildirilib. Hətta bundan əvvəl, fevral ayında məlum olub ki, sanksiyalar təhlükəsi səbəbindən Türkiyə ilə Rusiya arasında ticarət əhəmiyyətli dərəcədə səngiyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər