20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Yeni qızıl sikkələr İçərişəhərə həsr olunub
Tarix: 21-05-2024 10:27 | Bölmə: İqtisadiyyat
Yeni qızıl sikkələr İçərişəhərə həsr olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qədim və orta əsrlər dövrünə aid zəngin milli mədəniyyət abidələri ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutan İçərişəhərə həsr olunmuş yeni qızıl sikkə kolleksiyasını təqdim edib.

QSC-dən Reyting.az-a verilən məlumata görə, kolleksiya yerli qızıldan, ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərdədir. Sikkə çeşidləri üzərində ümumbəşəri dəyər kimi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən İçərişəhərin tarix və mədəniyyət abidələri dizayn edilib. Qız qalası, Şirvanşahlar sarayı, Şah məscidi, Qoşa qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələrin həkk olunduğu sikkə kolleksiyası paytaxtımızın tarixi simasını simvolizə edir.

999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik yeni qızıl sikkələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər