Gümüş sikkə bir milyon avroya satılıb - Foto
Tarix: 22-05-2024 08:02 | Bölmə: İqtisadiyyat
Gümüş sikkə bir milyon avroya satılıb

Gənc kraliça Vilhelminanın portreti həkk olunmuş, tarixi 1891-ci ilə aid olan nadir sikkə Hollandiyadakı hərracda bir milyon avroya satılıb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, 25 sentlik gümüş sikkə və ya dörddəbiri cəmi 3,5 qram ağırlığındakı metal pulun qiyməti onun indiyə qədər zərb edilmiş iki sikkədən biri olması faktıdır.

Həmin sikkənin digəri Hollandiya Milli Bankının kolleksiyasında saxlanılır.

Hərracın təşkilatçısı "Heritage Auctions Europe" şirkətinin direktoru Yako Şepers satılan sikkə barədə deyib ki, bu, kolleksiyaçılar üçün müqəddəs əşyadır.

Satış, 1867-ci ildə 200.000 avroya satılan və tərkibində ikiqat qızıl dukatın olduğu bir sikkənin rekord qiymətini ötərək önə keçib.

"Əgər hansısa bir kolleksiyaçı cəhd edib öz Vilhelmina seriyasını tamamlamaqdan ötrü çalışırsa, bu, ona lazım olan sikkədir, lakin yeganə problem bazarda yalnız tək bu nümunənin olmasıdır",- deyə hərracın təşkilatçısı Şepers bildirib.

Qeyd olunur ki, nadir sikkə 133 il ərzində cəmi dörd dəfə əldən-ələ keçib. Bu sikkə sonuncu dəfə 2001-ci ildə hərraca çıxarılıb, o zaman 37.000 avroya satılıb.



Bu sikkənin keçmiş sahibləri arasında amerikalı kolleksiyaçılar Virgil Brand ilə nadir sikkələr və möhür kolleksiyaçısı Filip Ferrari de Renotiere də olub. Ancaq indi sikkənin kimə məxsus olduğu açıqlanmayıb.

"Düşünürəm ki, bu hərracın yenidən, yəni növbəti dəfə baş tutması üçün daha 50 il də keçəcək", - deyə Şepers əlavə edib.

Cəmi iki dəqiqə davam edən hərracda 300 000 avroluq başlanğıc qiyməti böyük sürətlə 850 000 avroya yüksəlib. Bu da hərracın xərcləri də daxil olmaqla, ümumi məbləğin 1 045 502 avroya kimi qalxmasına səbəb olub.

"İnanın ki, indiyə qədər mənim rəhbərlik etdiyim 100-dən çox hərracda heç vaxt belə əsəbi olmamışdım. Həyəcandan lap əllərim titrəyirdi", - Y. Şepers deyib.

Onu da qeyd edək ki, hərracda növbəti dəfə İngiltərənin baş naziri olmuş Çörçilin məşhur portreti satılacaq. Y. Şepers bildirib ki, bu portretlə bağlı maraqlı bir hekayə də var.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}