20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Nazim Bəydəmirli vergi borcuna görə məhkəməyə verilib
Tarix: 22-05-2024 15:51 | Bölmə: İqtisadiyyat
Nazim Bəydəmirli vergi borcuna görə məhkəməyə verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcu olduğun üçün hazırda həbsdə olan Nazim Hüseyn oğlu Bəydəmirlini məhkəməyə verib.

Məlumata görə, sahibkarın məhkəmə işini Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova araşdıracaq. Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Nazim Bəydəmirlinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını istəyib.

Xatırladaq ki, Nazim Bəydəmirlinin Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir(Unikal).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər