20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Bakıda iki obyektin fəaliyyəti dayandırılıb
Tarix: 03-06-2024 11:35 | Bölmə: İqtisadiyyat
Bakıda iki obyektin fəaliyyəti dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri” və Xocalı prospektində fəaliyyət göstərən “Balık-ekmek” ictimai iaşə müəssisələrində monitorinq keçirib, pozuntular aşkarlayıb.

Reyting.az
AQTA-ya istinadla xəbər verir ki, monitorinq zamanı çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər