Bern Sülh konfransının xərcini hesablayıb
Tarix: 04-06-2024 08:10 | Bölmə: İqtisadiyyat
Bern Sülh konfransının xərcini hesablayıb

İyunun 15-16-da keçiriləcək Ukrayna Sülh konfransına İsveçrənin çəkəcəyi xərcin məbləği 10 milyon frank (təxminən 11,2 milyon dollar) ilə 15 milyon (təxminən 16,8 milyon dollar) arasında dəyişə bilər.

Reyting.az
xəbər verir ki, xarici KİV-lər bununla bağlı İsveçrə hökumətinə istinadla məlumat yayıblar.

Bu məbləğin 10 milyonu daxili təhlükəsizliyin təmin edilməsinə sərf olunacaq. Yekun məbləğ hələ məlum deyil, çünki bu, nümayəndə heyətlərinin sayından və onların səviyyəsindən asılıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər