20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
Tarix: 06-06-2024 13:17 | Bölmə: İqtisadiyyat
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada veriləcək:

“Müşahidə Şurasının sədri


Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Ədalət Əliyev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər