20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ-da ən hündür göydələnin tikintisinə icazə verilib
Tarix: 07-06-2024 08:09 | Bölmə: İqtisadiyyat
ABŞ-da ən hündür göydələnin tikintisinə icazə verilib

Amerika Birləşmiş Ştatlarında çox da hündür olmayan, "Məhdud hündürlük" standartına uyğun yeni göydələn tikiləcək.

Reyting.az
məlumatına görə, Oklahoma Şəhər Şurası Kaliforniya ərazisində AO memarlıq studiyasının layihələndirdiyi "Legends Tower" binasının hündürlüyünə aid ərizəni, yəni tikiləcək göydələnin hündürlüyünün dəyişdirilməsi ilə bağlı ən son müraciəti rəsmən təsdiqləyib.

Mütəxəssislər bildiriblər ki, çox yaxın zamanda tikilməsi nəzərdə tutulan bina ABŞ-da ən hündür, bütün dünyada isə hündürlüyünə görə beşinci göydələn olacaq.

Qərar şəhər planlaşdırma komissiyasının aprel ayında baxıb qəbul etdiyi, həm də "Bricktown"-da "Boardwalk", yəni böyük divarlarla başlanan tikintinin inkişafının əsas hissəsi hesab edilən bu göydələn üçün "məhdud hündürlük” barədə ərizəni təsdiqlədikdən sonra verilib.

"Naked Science" saytı yazır ki, Oklahoma Şəhər Şurasının təsdiqindən sonra qüllənin hündürlüyü 40 metrə qədər dəyişdirilərək 541-dən 581 metrə qədər artırılıb. Bu, "Legends Tower" adlanan və ABŞ-nın ən hündür tikilisi, eləcə də hündürlük baxımından Nyu-Yorkdakı Azadlıq Qülləsini belə ötəcək bir bina olaraq nəzərdə tutulub. Başlıca hədəf isə Amerika Birləşmiş Ştatlarının ən hündür göydələnini ucaltmaqdır.

"Legends Tower"-in tikintisinə 2024-cü ilin payızında başlanması planlaşdırılır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər