20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
DSMF-nin gəlir və xərcləri artırılır
Tarix: 07-06-2024 12:28 | Bölmə: İqtisadiyyat
DSMF-nin gəlir və xərcləri artırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılır.

Reyting.az
-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirlər və xərcləri 6 919 860 000,0 manatdan 6 949 860 000,0 manata qaldırılır.

Layihəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə gəlir 5 288 135 400,0 manatdan 5 478 135 400,0 manata qaldırılır. Bu artım qeyri-büdcə sektoru üzrə sosial sığorta haqlarının artımı hesabına olacaq.

Qeyri-büdcə sektoru üzrə məcburi sosial sığorta haqları 3 387 100 000,0 manatdan 3 577 100 000,0 manata qaldırılacaq. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait isə 1 392 000 000,0 manatdan 1 232 000 000,0 manata endiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər