20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Əli Əsədov noxud idxalı barədə qərar imzalayıb
Tarix: 04-07-2024 10:34 | Bölmə: İqtisadiyyat
Əli Əsədov noxud idxalı barədə qərar imzalayıb

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra əkin üçün Azərbaycana idxal olunan noxud oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart aylarında gömrük rüsumuna cəlb edilməyəcək. İndiyə qədər azadolma fevral, mart, aprel və may aylarında ölkəyə gətirilən noxuda aid edilirdi. Başqa sözlə, əkin üçün noxudun idxalına güzəşt müddəti 2 ay artırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər