İcbari Sığorta Bürosuna icraçı direktor təyin olunub
Tarix: 05-07-2024 10:12 | Bölmə: İqtisadiyyat
İcbari Sığorta Bürosuna icraçı direktor təyin olunub

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, o, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

V. Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşgulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}