20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyada ərzaq və yanacaq bahalaşır
Tarix: 11-07-2024 09:39 | Bölmə: İqtisadiyyat
Rusiyada ərzaq və yanacaq bahalaşır

Rusiyada qiymətlər ardıcıl olaraq altıncı aydır ki, artır və bu, Mərkəzi Bankın inflyasiya ilə mübarizədə üzləşdiyi çətinlikləri göstərir. Bu vəziyyət pul siyasətini sərtləşdirməyə davam etməkdən başqa seçim qoymur.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, iyunda illik inflyasiya bir əvvəlki aydakı 8,30 faizdən 8,59 faizə yüksəlib.

Aylıq qiymət artımı may ayında 0,74 faizdən 0,64 faizə qədər yavaşlasa da, ərzaq və xidmətlərin artan xərcləri ilə əlaqədar olaraq yüksək qalır.

Tərəvəz kimi əsas qidalar əvvəlki ilə nisbətən 19 faiz, iyun ayında isə qiymətlər əvvəlki ayla müqayisədə 2 faiz bahalaşıb. Kartofun qiyməti əvvəlki ayla müqayisədə demək olar ki, 34 faiz artıb.

İyulun əvvəlində kommunal tariflərin və ictimai nəqliyyatda gediş haqqının planlaşdırılmış artımı, habelə aviabiletlərin və otel qiymətlərinin mövsümi artımı səbəbindən inflyasiya sürətlənməkdə davam edib.

İyulun ilk həftəsində qiymətlər 0,27 faiz artaraq, əvvəlki həftədən 0,66 faiz aşağı düşüb. Bununla belə, ərzaq və benzin ən sürətlə bahalaşan mallar arasında olub. Benzin inflyasiyası ardıcıl üçüncü həftədir ki, sürətlənib.

Belə bir şəraitdə Rusiya Mərkəzi Bankının pul siyasətini sərtləşdirməyə davam etməkdən başqa yolu qalmır. Rusiya Mərkəzi Bankı dekabr ayından etibarən baza dərəcəsini 16 faiz səviyyəsində saxlayıb, lakin Bankın sədri Elvira Nabiullina xəbərdarlıq edib ki, inflyasiya təzyiqləri azalmağa başlamasa, iyul ayında əhəmiyyətli faiz artımı tələb olunacaq.

Qeyd edək ki, hazırda Qərb və Avropa ölkələri Rusiya iqtisadiyyatına sərt sanksiyalar tətbiq edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər