Avropanın ilk hidrogen elektrik stansiyası Böyük Britaniyada tikiləcək
Tarix: 12-07-2024 16:46 | Bölmə: İqtisadiyyat
Avropanın ilk hidrogen elektrik stansiyası Böyük Britaniyada tikiləcək

İngiltərənin şimal-qərbindəki Stanlou neft emalı zavodunun operatoru “Essar Energy Transition” burada Avropanın ilk hidrogen elektrik stansiyasını tikməyi planlaşdırır.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, istilik elektrik stansiyasının tikintisinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

Bu, “Stanlowun” 2030-cu ilə qədər emissiyaları 95 faiz azaltmaq üçün üzərində çalışdığı bir sıra təşəbbüslərdən biridir. Yekun investisiya qərarının bu ilin sonunda veriləcəyi gözlənilir.

“Stanlou Hynet” kimi tanınan regional dekarbonizasiya klasterinin mərkəzindədir və məqsədi regionda həm neftayırma zavodunu, həm də sənayeni daha təmiz hidrogenlə təmin etməkdir. Planların mərkəzində karbontutma texnologiyasından istifadə edərək “mavi hidrogen” adlandırılan hidrogen istehsalı zavodu var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər