Britaniya Rusiyaya qarşı sərt tədbirlər planlaşdırır
Tarix: 16-07-2024 08:04 | Bölmə: İqtisadiyyat
Britaniya Rusiyaya qarşı sərt tədbirlər planlaşdırır

London neft daşıdığı iddia edilən Rusiya gəmilərinə qarşı tədbirləri gücləndirmək istəyir.

Reyting.az
xabər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Avropa dövlətləri ilə görüş ərəfəsində Böyük Britaniya bir sıra ölkələrlə məlumat mübadiləsi edib. London Qərbin sanksiyalarından yan keçərək Rusiya neftinin daşınmasında istifadə olunduğu iddia edilən tankerlərə qarşı tədbirlərin əlaqələndirilməsi üçün müraciət etməyi planlaşdırır.

Məqalədə deyilir: “Bir sıra dövlətlər planı cümə axşamı baş nazir Keir Starmerin Böyük Britaniyada ev sahibliyi edəcəyi Avropa Siyasi Birliyinin iclası çərçivəsində təsdiqləməyə hazırlaşır...”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər