20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyanın aktivləri hesabına Ukraynaya 3,3 milyard dollar ayrılacaq
Tarix: 17-07-2024 12:17 | Bölmə: İqtisadiyyat
Rusiyanın aktivləri hesabına Ukraynaya 3,3 milyard dollar ayrılacaq

Yaponiya hökuməti Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan mənfəətdən istifadə etməklə Ukraynaya təxminən 520 milyard yen (indiki məzənnə ilə 3,3 milyard dollar) ayırmaq niyyətindədir.

Reyting.az
xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, Yaponiya hakimiyyəti bu planın həyata keçirilməsi mexanizmləri üzərində işləyir və ilin sonuna qədər həyata keçirilməsi gözlənilir. Bu məbləğ Yeddilik Qrupu (G7) tərəfindən əvvəllər razılaşdırılmış ümumi yardımın təxminən 6 faizini təşkil edir.

Yaponiya tərəfindən verilən vəsaitlərdən hərbi məqsədlər üçün istifadə edilməyəcəyi bildirilir.

Qeyd edək ki, G7 liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə 2024-cü ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayrılması barədə razılığa gəliblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər